SİYASƏT
Rusiyanın xarici işlər naziri Bakıya səfər edəcək
Moskva, 5 dekabr, AZƏRTAC
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-də keçirilən brifinqdə nazirliyin rəsmisi Mariya Zaxarova məlumat verib.
“Tədbirdə Azərbaycanın bu strukturda yarım illik sədrliyi dövrünə yekun vurulacaq. İqtisadi əməkdaşlıq üzrə regional gündəliyə daxil olan məsələlərin geniş dairəsi müzakirə olunacaq. Rusiya qarşıdakı tədbirdən gündəlikdəki əməkdaşlıq məsələlərinin həllində irəliləyişə nail olmaq üçün istifadə edəcək”, - deyə M.Zaxarova vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [14:14]
Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb
- 19.04.2024 [12:09]
TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək
- 19.04.2024 [11:35]
Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir
- 19.04.2024 [11:04]