SİYASƏT


Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini Milanda müzakirə edəcək

Moskva, 30 noyabr, AZƏRTAC

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Milanda keçiriləcək iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) növbəti brifinqində XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

AZƏRTAC xəbər verir ki, M.Zaxarovanın sözlərinə görə, RF XİN-in başçısı ATƏT XİNŞ-in dekabrın 6-7-də Milanda nəzərdə tutulan 25-ci iclasında iştirak edəcək. O deyib: “Münaqişələrin, o cümlədən Ukraynanın şərqindəki, Dnestryanı bölgədəki, Dağlıq Qarabağdakı münaqişələrin nizamlanmasına kömək göstərilməsində ATƏT-in səylərini, bu təşkilatın Balkanlarda fəaliyyətini və Cənubi Qafqazda sabitlik üzrə Cenevrə diskussiyalarında həmsədrliyini dəstəkləmək planlaşdırılır”.

M.Zaxarova vurğulayıb ki, RF XİN-in başçısı ikitərəfli görüşlər də keçirəcək. Bu görüşlərdə Dağlıq Qarabağ problemi ətrafında müzakirələr aparılacaq. O deyib: “Dağlıq Qarabağ problemi daha konkret, tətbiqi məcrada müzakirə ediləcək. Əlbəttə, orada da bu istiqamətdə hər hansı konkret addımlar və təkliflər nəzərdə tutula bilər”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.