SİYASƏT


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Müqəddəs Məryəm Mövlud kilsəsini ziyarət edib

Bakı, 11 may, AZƏRTAC

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov mayın 11-də Bakı şəhərindəki Müqəddəs Məryəm Mövlud kilsəsini ziyarət edib, burada aparılan bərpa işlərinin gedişi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Rusiya XİN rəhbərinə verilən məlumata görə, bu məbədin binası 1896-cı ildə xeyriyyə vəsaitləri hesabına inşa edilib. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra kilsənin fəaliyyəti dayandırılıb, onun binasından kazarma kimi istifadə edilib.

Qeyd edilib ki, 1944-cü ildə Müqəddəs Məryəm Mövlud kilsəsi yenidən öz qapılarını dindarların üzünə açıb. Bu, SSRİ-də uzun illər boyu dinə qadağa qoyulandan sonra Azərbaycanda fəaliyyətə başlamış ilk xristian məbədi idi. İki ildən sonra məbədə Sergi Radonejski adına kilsə əlavə edilib.

Müqəddəs Məryəm Mövlud kilsəsi təkcə ibadət məkanı deyil. Kilsənin nəzdində pravoslav ədəbiyyatı kitabxanası, uşaqlar üçün bazar günü məktəbi, yaşlılar üçün katexizasiya məktəbi və xeyriyyə yeməkxanası da fəaliyyət göstərir.

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə məbəddə genişmiqyaslı bərpa işləri başlanıb.

Rusiya XİN rəhbəri və Rusiya nümayəndə heyətinin üzvləri kilsənin inzibati binasında da olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.