DÜNYA


Rusiyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Rusiyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Moskva, 30 mart, AZƏRTAC

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə məlumat verib.

Onun sözlərinə görə, səfər zamanı Qarabağda vəziyyət, Ukrayna və Suriya münaqişələri, Mərkəzi Asiya və Əfqanıstan mövzuları ilə bağlı məsələlər müzakirə olunacaq.

Bundan başqa, energetika, ticarət-iqtisadi, turizm sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.