CƏMİYYƏT
Rusiyaya ixrac olunan müxtəlif çeşidli ədviyyat məhsullarında bağırsaq çöpləri qrupu bakteriyaları aşkar olunub
Bakı, 17 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində “Dilqəm-20” MMC tərəfindən Rusiya Federasiyasına ixrac olunan müxtəlif çeşidli ədviyyat məhsullarına baxış keçirilib.
Baxış zamanı məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinə nəticələrinə əsasən məhsullarda bağırsaq çöpləri qrupu bakteriyaları aşkar olunub.
Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, istehlaka yararsız ümumi çəkisi 23.4 kiloqram qurudulmuş kök, 28.4 kiloqram qurudulmuş cəfəri, 79.1 kiloqram toyuq üçün ədviyyat və 87 kiloqram acılı marinad məhsulu partiyası Təhlükəli Tullantılar Poliqonunda məhv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]