DÜNYA


Rusiyaya məxsus “General Həzi Aslanov” neft tankerində partlayış baş verib

Moskva, 24 oktyabr, AZƏRTAC

Rusiyanın neft daşıyan tankerində partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Azov dənizində üzən “General Həzi Aslanov” neft tankerində iki partlayış baş verib. Gəmidən 13 heyət üzvündən 10 nəfər xilas edilib, 3 nəfərin axtarışları aparılır.

Tanker Rusiyanın Rostov vilayətinin “Qafqaz” limanından yola düşüb. İlkin məlumata görə, tankerdə yük olmayıb, partlayış neft məhsullarının buxarından yaranıb. Hazırda hadisə yerinə üç xilasetmə gəmisi yaxınlaşır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.