REGİONLAR


Rusiyaya meyvə aparan yük maşını Xaçmazda qəzaya uğrayıb VİDEO

Xaçmaz, 30 noyabr, Elxan Yusifli, AZƏRTAC

Noyabrın 30-da Rusiyaya meyvə aparan yük maşını Xaçmazda qəzaya uğrayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Meyvə ilə yüklənmiş, Rusiya vətəndaşına məxsus yük maşını döngədə idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə nəticəsində sürücü xəsarət almasa da, avtomobilə və yükə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.