Ruslan Əliyev: Partlayışın qaz sızmasından baş verməsi mümkündür
AzerTAg.az
Bakı, 4 avqust, AZƏRTAC
Xırdalanda yaşayış binasında partlayış zamanı xəsarət alanlardan ikisi mənzildə təmir işləri aparan ustalar olub. Lakin bu ehtimaldır. Tam məlumat araşdırmalar başa çatdıqdan sonra olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
Bildirib ki, binaya təbii qazın nəqli tam dayandırılıb. Hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən birgə araşdırmalara başlanılacaq. “Azəriqaz" İstehsalat Birliyi də prosesə cəlb olunacaq. Bundan sonra ictimaiyyətə tam məlumat veriləcək”.
“Hadisənin qaz sızmasından baş verməsi mümkündür. Çünki təmir işləri gedən zaman sakin özü mənzildə olmayıb. Evdə ustalar olub. Qonşuların və ustaların verdiyi məlumata əsasən bu ehtimal mümkündür. Mənzilin təmir edilməsi ilə bağlı “Azəriqaz" İstehsalat Birliyinə hər hansı məlumat verilməyib ki, qazın verilməsi dayandırılsın. Hər hansı müraciət daxil olmayıb”, - deyə R.Əliyev əlavə edib.

Xəbərin mətnində orfoqrafik səhv var