İDMAN


Ruslan Həsənov gənclərin dünya kubokunun mərhələ yarışında beşinci olub

Bakı, 20 yanvar, AZƏRTAC

Bəhreynin paytaxtı Manama şəhərində şpaqa üzrə gənclərin dünya kubokunun mərhələ yarışına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, milli komandamızın üzvlərindən Ruslan Həsənov ümumi göstəricidə 5-ci olub. Qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran idmançımız uğurlu çıxışın davamını pley-off mərhələsində də gətirib. Onaltıdabir finalda Yeni Zelandiya təmsilçisi Metyu Valkenburqu 15:11 hesabı ilə məğlub edən R.Həsənov ardınca rusiyalı Kirill Qurov üzərində 15:10 hesablı qələbə qazanıb. O, dörddəbir finalda turnirin qalibi, Rusiya idmançısı Dmitriy Şvelidzeyə 11:15 hesabı ilə uduzub.

Qeyd edək ki, R.Həsənov ənənəvi keçirilən turnirdə ötən il gümüş medal qazanıb.

Digər şpaqaçılarımızdan qrup mərhələsini 4 qələbə ilə başa vuran Barat Quliyev ən güclü 32 şpaqaçı sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Səudiyyə Ərəbistanı təmsilçisi Əhməd Əldərbiyə 15:2 hesabı ilə qalib gəlib. Təmsilçimiz qələbə seriyasını misirli Məhəmməd Adamla görüşdə də davam etdirib. Quliyev rəqibi üzərində 15:10 hesablı qələbə qazanıb. Şpaqaçımız dörddəbir finalda Rusiya şpaqaçısı İqor Qaninə 8:15 hesabı ilə uduzub.

Qrupda qazandığı 4 qələbə sayəsində pley-offa yüksələn Fərrux Səfərov isə onaltıdabir finalda Rusiya təmsilçisi Vladimir Tolasova 9:15 hesabı ilə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.