İDMAN


Ruslan Lunyov Avropa kubokunun finalında qızıl və gümüş medallar qazanıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən güllə atıcılığı üzrə Avropa kubokunun final yarışları başa çatıb.

Güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi İradə Aşumova AZƏRTAC-a bildirib ki, qitə birinciliyində 25 metr məsafəyə kiçik çaplı tapançadan atəşaçma yarışlarında ölkəmizi Ruslan Lunyov təmsil edib. IV İslam Həmrəyliyi Oyunlarının beşqat çempionu final yarışlarında uğurla çıxış edərək ayrı-ayrı növlər üzrə 581 xalla qızıl və 573 xalla gümüş medal qazanıb.

Qeyd edək ki, Ruslan Lunyov dünya çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında 582 xalla beşinci olub. O, bu nəticə ilə “Tokio-2020”yə lisenziya qazana bilməsə də, dünya reytinqində xeyli irəliləyərək 93-cü pillədən 10-cu yerə yüksəlib. Həm 10, həm də 25 metr məsafələrə atəşaçma üzrə dünya reytinqindəki nəticələri onun gələn il Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirakına imkan verir. Belə ki, bu ilin sonunda dünya reytinqində ilk 24-lükdə qərarlaşan atıcılar “Minsk-2019”da iştirak edə biləcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.