İDMAN


Ruslan Lunyov: Qran-Pri turnirində qalib gəldiyim üçün çox sevinirəm

Bakı, 26 may, AZƏRTAC

İspaniyanın Qranada şəhərində keçirilən Qran-Pri turnirdə qalıb gəldiyim üçün çox sevinirəm.

AZƏRTAC xəbər verir ki, bunu jurnalıstlərə müsahibəsində İspanıyanın Qranada şəhərindəki Qran-Pri yarışında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma üzrə qızıl medal qazanan Azərbaycan atıcısı Ruslan Lunyov bildirib.

O, Tokio Yay Olimpiya Oyunlarının medalçılarının da mübarizə apardığı turnirin gərgin keçdiyini deyib. İdmançı vurğulayıb ki, Bakıda keçiriləcək dünya kuboku yarışına görə, Qran-Pridə digər növ üzrə təşkil edilən turnirdə iştirak edə bilməyib.

R.Lunyov Bakıda təşkil ediləcək güllə və stend atıcılığı üzrə dünya kuboku yarışındakı şanslarından da danışıb: “Qran-Pridə birinci yeri tutduğum üçün yaxşı formadayam. Bu idman növündə psixoloji vəziyyət daha vacibdir. Dünya kubokunda maksimum nəticə göstərməyə çalışacağam. Azərbaycan idmançılarının və öz şanslarımı yüksək qiymətləndirirəm. Hər bir idmançı kimi, mən də qızıl medal qazanmaq istəyirəm. Ən güclü rəqiblərim Almaniya və Fransa təmsilçiləridir”.

İdmançı sonda onu da bildirib ki, paytaxtımızın yarışa ev sahibliyi etməsi Azərbaycan komandasına üstünlük verir: “Mən buranı yaxşı tanıyıram və küləyə öyrəşmişəm. Ola bilsin bu, rəqib idmançılarda narahatlıq yaratsın. Güclü külək bizim əlavə üstünlüyümüz ola bilər”.

Qeyd edək ki, Bakıda dünya kuboku yarışı mayın 29-dan iyunun 7-dək keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.