İDMAN
Ruslan Malinovskinin qolu sayəsində “Atalanta” klubu “Yuventus”u məğlub edib
Bakı, 18 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 18-də futbol üzrə İtaliya A Seriyasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, maraq doğuran görüşdə “Atalanta” klubu son çempion “Yuventus” komandasını qəbul edib. Görüş 1:0 hesabı ilə “Atalanta”nın qələbəsi ilə başa çatıb. Oyunda yeganə qol matçın son dəqiqələrində (87-ci) vurulub. Qolun müəllifi Ukrayna milli komandasının futbolçusu Ruslan Malinovski olub. Onun uzaq məsafədən vurduğu zərbə qolla nəticələnib.
Bu qələbə sayəsində "Atalanta" xal ehtiyatını 64-ə çatdıraraq turnir cədvəlində üçüncü pillədə qərarlaşan "Yuventus"u iki xal qabaqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]