Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Russneft” Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri Mixail Qutseriyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi əlamətdar bayram – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbrik edirəm.

Bu gün Azərbaycanın çoxəsrlik tarixində həqiqətən əlamətdar gündür. Azərbaycan xalqının azadlığa, müstəqilliyə, öz böyük mənəvi, mədəni, intellektual potensialını reallaşdırmağa can atması ənənəsi nəsildən-nəslə ötürülüb. Bu gün bütün dünya Azərbaycanda güclü sosial-iqtisadi dəyişikliklərin, vətəndaşların rifah halının, beynəlxalq aləmdə respublikanın nüfuzunun durmadan artmasının şahididır.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan güclü, inkişaf edən dövlət qurmaq istiqamətində daha möhtəşəm uğurlar qazanacaq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Mixail Qutseriyev

“Russneft” Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin

direktorlar şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin