REGİONLAR


Rustam Soliyev: Astarada böyük nailiyyətlərin şahidi oldum

Astara, 28 noyabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycanın cənub bölgəsində ilk dəfədir oluram. Astarada böyük inkişafın, nailiyyətlərin şahidi oldum.

Bu sözləri Tacikistanın ölkəmizdəki səfiri Rustam Soliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.

“Astarada sosial məsələlərin həllinə, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Ölkə rəhbərliyi rayonun dinamik inkişafını təmin etmək üçün çox iş görüb. Azərbaycanın uğurlarına biz də sevinirik. Mən qardaş Azərbaycan xalqına gələcək işlərində böyük uğurlar arzulayıram”, - deyə səfir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.