CƏMİYYƏT
Rustavi şəhərində imkansız ailələrə yardım paylanılıb
Tbilisi, 27 may, AZƏRTAC
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Şərq bölgəsi üzrə müftiliyi və Gürcüstan Gənclərini Maarifləndirmə Assosiasiyası Rustavi şəhərində imkansız ailələrə yardım edib.
AZƏRTAC xəbər verir ki, ümumilikdə 40 ailəyə müxtəlif ərzaq yardımı paylanılıb.
Müfti Hacı Yasin Əliyev müqəddəs Ramazan ayının məziyyətlərindən danışıb, İslam dinində millətindən və dini etiqadından asılı olmayaraq ehtiyacı olan bütün insanlara köməklik göstərilməsini tövsiyə olunduğunu diqqətə çatdırıb.
Rustavi şəhər Bələdiyyəsinin Sosial Yardım şöbəsinin rəhbəri Tea Qaqieva çıxış edərək bu cür yardım kampaniyasını təşkil edən qurumlara təşəkkürünü bildirib.
Gürcüstannın Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi Abay Paşayev Ramazan ayı çərçivəsində və Gürcüstanın Müstəqillik Günündə imkansız ailələrə ərzaq yardımının göstərilməsini yüksək qiymətləndirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi