İDMAN


Rüstəm Orucov Avropa çempionatında favorit olaraq çıxış edəcək

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 19-da Praqada start götürəcək Avropa çempionatında cüdoçumuz Rüstəm Orucov 73 kiloqram çəki dərəcəsində favorit olaraq çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, qitə birinciliyində kişilər arasında gücünü sınayacaq olimpiadanın gümüş medalçısı öz çəki dərəcəsində reytinqə görə birinci sırada qərarlaşıb.

Qeyd edək ki, 29 yaşlı cüdoçu bu il Macarıstanda keçirilmiş “Böyük dəbilqə”də qızıl medal, Almaniyadakı analoji yarışda isə gümüş medal qazanıb.

Xatırladaq ki, qitə birinciliyində Azərbaycanı 14 cüdoçu təmsil edəcək.

Noyabrın 21-dək davam edəcək Avropa çempionatında 42 ölkədən 370 cüdoçu iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.