İDMAN


Rüstəm Orucov bürünc medal uğrunda mübarizə aparacaq

Bakı, 20 noyabr, AZƏRTAC

Praqada start götürən Avropa çempionatında cüdoçumuz Rüstəm Orucov bürünc medal uğrunda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəkidə mübarizə aparan R.Orucovun rəqibi isveçrəli Nils Stump olacaq.

Qeyd edək ki, komandamız artıq ilk medalını qazanıb. Millimizin üzvü Orxan Səfərov (66 kq) uğurla çıxış edərək qızıl medala sahib olub.

Azərbaycanın ümumilikdə 14 idmançısının təmsil olunduğu Avropa çempionatı noyabrın 21-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.