İQTİSADİYYAT


Rüstəm Qasemi: İran Azərbaycanla iqtisadi əlaqələrin inkişafına böyük önəm verir

Tehran, 18 may, AZƏRTAC

İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması regionun inkişafına müsbət təsir göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi deyib. O bildirib ki, bu barədə iki dövlət arasında anlaşma memorandumu imzalanıb və memorandumun icrası müzakirə olunur. İmzalanan sənədə əsasən salınacaq dəmir yolu körpüləri tranzit yükdaşımalarda əhəmiyyətli rol oynayacaq. Nazir nəzərə çatdırıb ki, İran və Azərbaycan tranzit yükdaşımalar sahəsində böyük potensiala malikdir. Ölkələrimizi birləşdirən yeni avtomobil və dəmir yollarının çəkilməsi planlaşdırılır. Bu planların reallaşması nəticəsində iki ölkənin iqtisadi inkişafına böyük zəmin yaranacaq.

Rüstəm Qasemi vurğulayıb ki, rəsmi Tehran Azərbaycanla iqtisadi əlaqələrin inkişafına böyük önəm verir. Qarşılıqlı iqtisadi əlaqələrin inkişafı hər iki xalqın mənafeyini əks etdirir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.