SİYASƏT


Rüstəm Usubov: Prokurorluq orqanları seçki prosesinə xüsusi həssaslıqla yanaşır

Bakı, 11 oktyabr, AZƏRTAC

Bələdiyyə seçkiləri respublikamız üçün çox əhəmiyyətli hadisədir. Hər birimiz bu prosesdə iştirak etməliyik. Şəffaf seçkilər ölkəmizdə demokratiyanın göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri dairə seçki komissiyalarının sədrləri üçün keçirilən geniş müşavirədə Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

Rüstəm Usubov qeyd edib ki, son dövrlərdə bələdiyyələrin statusunda ciddi dəyişikliklər edilib və onlara əlavə statuslar verilib. Bu isə bələdiyyələrin işinə müsbət təsir göstərir. Prokurorluq orqanları seçki prosesinə xüsusi həssaslıqla yanaşır. Azərbaycan prokurorluğu bu məsələdə Mərkəzi Seçki Komissiyası ilə sıx əlaqədə çalışır. Daxil olan şikayətlərə ciddi şəkildə baxılır, məsələ ətraflı araşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.