İQTİSADİYYAT


Rüstəm Xəlilov: Azərbaycanın dünyanın ən çox islahat aparan ölkəsi kimi elan olması respublikamız üçün böyük uğurdur

Bakı, 1 noyabr, AZƏRTAC

Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan ölkəsi kimi elan olması respublikamız üçün böyük uğurdur. Azərbaycan müstəqillik illərində çox böyük və şərəfli yol keçərək möhtəşəm qələbələrə imza atıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Rüstəm Xəlilov deyib. O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan iqtisadi islahatlar nəticəsində “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atdığını qeyd edib. “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bu nəticə ilə respublikamız Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib”, - deyə o, əlavə edib.

Rüstəm Xəlilov bildirib ki, Azərbaycanda aparılan iqtisadi islahatların getdikcə dərinləşməsi bütün sahələrdə çox böyük inkişafa əsaslı zəmin yaradır. Maliyyə sabitliyi, iqtisadi artımın bərpa olunması, kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyişə nail olunması sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə yüksəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.