İQTİSADİYYAT


Rüstəm Xəlilov: “Star” zavodu Azərbaycan və Türkiyə iqtisadiyyatına böyük fayda verəcək

Bakı, 20 oktyabr, AZƏRTAC

Türkiyədə “Star” neft emalı zavodunun istifadəyə verilməsi Azərbaycan və Türkiyə iqtisadiyyatına, eyni zamanda, bütün Qafqazın, Mərkəzi Asiyanın və Avropanın enerji təhlükəsizliyinə böyük fayda verəcək.

Bu barədə AZƏRTAC-a Milli Məclisin deputatı Rüstəm Xəlilov deyib.

“Türkiyə ilə Azərbaycan arasındakı dostluq, birlik beynəlxalq aləmə nümunə olmalıdır. Məhz qarşılıqlı uzaqgörənliklə ümumi milli maraqların hədəf götürülərək ona doğru mühüm addımların atılması sayəsində bugünkü böyük uğurlara nail olunub. Ölkələrimiz həmrəylik şəraitində nəhəng layihələr gerçəkləşdirərək sürətli inkişafa, qlobal sabitliyə, sülh və əmin-amanlığa böyük töhfələr verməkdə davam edir”, - deyə R.Xəlilov bildirib.

Milli Məclisin deputatı Türkiyə və Azərbaycanın iqtisadi baxımdan dünyanın inkişaf edən ölkələri olduğunu bildirərək Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP, “Star” neft emalı zavodu kimi strateji əhəmiyyət daşıyan layihələrin ölkələrimizin nüfuzunu daha da artırdığını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.