“Ryanair” aviaşirkəti tarixində ən böyük tətil 50 min sərnişinə təsir edəcək
AzerTAg.az

Bakı, 10 avqust, AZƏRTAC
İrlandiyanın “Ryanair” aviakompaniyasının pilotları avqustun 10-da Avropanın beş ölkəsində tətil elan edib, 400 aviareys ləğv olunub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniya, İsveç, İrlandiya, Belçika və Niderlandda reyslərin ləğv olunması ümumilikdə təxminən 50 min nəfərə təsir edəcək. Qeyd olunur ki, bu, “Ryanair” aviakompaniyasının tarixində ən böyük tətildir. O, pilotların iş şəraiti və əməkhaqqından narazı olması ilə əlaqədar keçirilir.
Pilotların həmkarlar ittifaqının sədri Martin Loher aviakompaniyanın pilotlarla razılığa gəlmək istiqamətində konstruktiv səy göstərmədiyini bildirib. O, həmçinin tətilin məsuliyyətinin kompaniya rəhbərliyinin üzərinə düşdüyünü deyib.
Xəbərin mətnində orfoqrafik səhv var