ELM VƏ TƏHSİL
SAATLININ MOLLA VAİZLİ KƏNDİNDƏ YENİ MƏKTƏBİN BÜNÖVRƏSİ QOYULMUŞDUR
Saatlı rayonunun Molla Vaizli kəndində Sülh Qeyri-Hökumət Humanitar Təşkilatınıın sifarişi ilə Yaponiya hökumətinin ayırdığı qrant hesabına inşa olunacaq 279 yerlik yeni məktəb binasının bünövrəsi qoyulmuşdur. Bu münasibətlə keçirilmiş mərasimdə iştirak edən sifarişçi təşkilatın sədri Dilşad Ağalarova kəndin sakinlərini təbrik etmişdir.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Gülhüseyn Əhmədov və başqa natiqlər mərasimdə çıxış edərək Yaponiya hökumətinə minnətdarlıqlarını bildirmişlər. Layihə dəyəri 73 min ABŞ dolları olan məktəbin tikintisini oktyabrın 15-nə – respublika prezidentinin seçkiləri gününədək başa çatdırmaq qərara alınmışdır.
Mərasimə toplaşanların alqış sədaları altında tikintinin bünövrəsi qoyulmuşdur.