“SABAH” Karyera Akademiyası çərçivəsində qış məktəbinə qeydiyyat aparılır
AzerTAg.az
Bakı, 25 yanvar, AZƏRTAC
“SABAH” Karyera Akademiyası çərçivəsində beşinci qış məktəbi keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qış məktəbində iştirak etmək istəyən tələbələr yanvarın 27-si saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.
Qış məktəbi fevralın 10-12-də onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq. Qış məktəbində tələbələr uğurlu karyera başlanğıcı üçün lazımi fundamental bacarıqları “SABAH” Karyera Akademiyasının tərəfdaş şirkətlərindən olan peşəkar təlimçilərdən öyrənəcəklər.
“SABAH” Karyera Akademiyasına seçiləcək tələbələr özlərinin prioritet fəaliyyət istiqamətlərinə uyğun olaraq təlimlərdə iştirak edəcəklər.
Xatırladaq ki, “SABAH” Karyera Akademiyası “SABAH”ın məzun olacaq tələbələrinin peşəkar inkişafına dəstək olmaq məqsədilə yaradılıb.

Xəbərin mətnində orfoqrafik səhv var