ELM VƏ TƏHSİL
“SABAH Magistratura” proqramı çərçivəsində dərs müşahidələrinin təşkilinə start verilib
Bakı, 3 dekabr, AZƏRTAC
Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi prosesini təşkil edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində tələbələr tərəfindən ümumtəhsil məktəblərində dərs müşahidələrinin təşkilinə start verilib. Məqsəd tələbələri ümumtəhsil məktəblərinin tədris prosesi ilə yaxından tanış etmək, sinfin idarə olunması, müəllim-şagird ünsiyyətinin dinamikası, dərs zamanı istifadə olunan metod və yanaşmalar, planlaşdırma zamanı fənn kurikulumlarına istinad olunma səviyyəsi, dərsliklərin səmərəli istifadəsi barədə məlumatlar toplayaraq təhsil tədqiqatları yönündə faydalanmaqdır.