ELM VƏ TƏHSİL


“SABAH Magistratura” proqramının tələbələri üçün vebinar təşkil edilib

Bakı, 25 yanvar, AZƏRTAC

Təhsil İnstitutu tərəfindən Bakı Dövlət Universitetinin “SABAH Magistratura” proqramında təhsil alan tələbələri üçün “Elektron hökumət quruculuğunda texniki layihələrin idarə olunması” mövzusunda vebinar təşkil olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tələbələrin dərsdənkənar fəaliyyətləri çərçivəsində keçirilən vebinarın spikeri Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı olub. İnteraktiv şəkildə keçirilən tədbirdə iştirakçılara layihələrin idarə olunmasının tarixi, modelləri, layihə rəhbərlərinin vəzifələri barədə məlumat verilib.

Tələbələrin kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə təhsil aldığını nəzərə alaraq, spiker xüsusilə texniki layihələrin idarə olunmasının uğurlu yollarından və EHİM-də tətbiq olunan layihə idarəetmə sistemindən bəhs edib.

Daha sonra Aynur Qurbanlı EHİM tərəfindən icra olunan müxtəlif layihələr haqqında tələbələrə geniş məlumat verib.

Qeyd edək ki, Təhsil İnstitutu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasına və tələbələrin dərsdənkənar fəaliyyətlərinin təşkilinə məsuldur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.