ELM VƏ TƏHSİL


“SABAH” VI Karyera Qış Məktəbinə qeydiyyat davam edir

Bakı, 19 yanvar, AZƏRTAC

“SABAH” Karyera Akademiyası çərçivəsində artıq altıncı dəfədir təşkil edilən “SABAH” Karyera Qış Məktəbində iştirak üçün qeydiyyat prosesi davam edir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “SABAH” Karyera Qış Məktəbində iştirak etmək istəyən tələbələr yanvarın 25-i saat 00:00-dək Təhsil Nazirliyinin saytındakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qış məktəbində tələbələr “SABAH” Karyera Akademiyasının tərəfdaş şirkətlərindən olan peşəkar təlimçilərdən uğurlu karyera başlanğıcı üçün lazım olan fundamental bacarıqları öyrənmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, “SABAH” Karyera Qış Məktəbi fevralın 9-dan 11-dək Şamaxıda təşkil olunacaq. Qış məktəbi müddətində tələbələr nəqliyyat, yaşayış və qidalanma, təlim materialları ilə təmin olunacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.