ELM VƏ TƏHSİL
“SABAH” qruplarına müəllim seçimi başlayır
Bakı, 16 avqust, AZƏRTAC
Təhsil Nazirliyinin “SABAH” qruplarında 2021-2022-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar yenidən müsabiqə elan edilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər. Qeyd edilən tələblərə cavab verən namizədlər avqustun 21-dək müraciət formasını doldurmalıdırlar.
Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çox iki fənn üçün müraciət edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
- 28.03.2024 [15:49]
BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
- 28.03.2024 [15:29]