ELM VƏ TƏHSİL


“SABAH” qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciətlərin qəbulu davam edir

Bakı, 18 iyun, AZƏRTAC

Təhsil Nazirliyinin “SABAH” qruplarında 2022-2023–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunur.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə informasiya kommunikasiya texnologiyaları və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər. Müraciətlər iyunun 24-ü saat 23:59-dək qəbul edilir.

Müsabiqə barədə ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.