“SABAH” qruplarına tələbə seçimi başlayır
AzerTAg.az

Bakı, 26 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin “SABAH” qruplarının bakalavriat səviyyəsinə 2023-2024-cü tədris ili üçün tələbə seçimi müsabiqəsinə start verilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin müəyyən ixtisasları üzrə I kursda əyani formada təhsil alan, I semestrin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Qaydalara əsasən yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahan yolu ilə ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslərin müsabiqədə iştirakı mümkündür.
Qeyd edək ki, “SABAH” qruplarına qəbul üzrə üç mərhələdən ibarət (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) seçim müsabiqəsinin I mərhələsində iştirak etmək üçün müvafiq elektron ərizə doldurulmalıdır.
Müsabiqə barədə ətraflı məlumatla linkdən tanış ola bilərsiniz.
Xəbərin mətnində orfoqrafik səhv var