ELM VƏ TƏHSİL


“SABAH” qruplarının “Şuşa İli“nə həsr olunan bilik yarışının finalı BDU-da keçiriləcək

Bakı, 3 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi çərçivəsində “Şuşa İli“nə həsr olunan təhsil, İT və mühəndislik üzrə bilik yarışlarına start verilib.

İki mərhələdən ibarət olan bilik yarışmasında Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimlik ixtisasında təhsil alan “SABAH” qrupları tələbələri iştirak ediblər. Təhsil üzrə bilik yarışmasının birinci mərhələsi oktyabrın 1-də Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Memarlıq və İnşaat universitetlərində keçirilib. Birinci mərhələdə Azərbaycan tarixi, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, metodika və pedaqogikaya dair 50 qapalı sual istifadə olunub. Beş açıq tipli sual əsasında təşkil olunacaq ikinci (final) mərhələ isə oktyabrın 8-də BDU-da keçiriləcək.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Təhsil üzrə bilik yarışının təşkil edilməsində məqsəd istedadlı tələbələrin aşkar edilməsi, onların təhsil və elmə olan maraqlarının daha da stimullaşdırılması, sağlam rəqabət şəraitində öz bilik və bacarıqlarını nümayış etdirməsi və müvafiq ixtisaslar üzrə müxtəlif ali təhsil müəssisələrinə “SABAH” qrupları tələbələrinin inteqrasiya edilməsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.