ELM VƏ TƏHSİL


“SABAH” qruplarının rəhbəri beynəlxalq teatr mükafatı qazanıb

Bakı, 7 dekabr, AZƏRTAC 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qruplarının rəhbəri Böyükxanım Məmmədbəyova İstanbulda “Tiyatro” qəzeti tərəfindən təşkil edilən 5-ci Anadolu teatr mükafatlarının təqdimetmə mərasimində iştirak edib.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, mərasimdə Böyükxanım Məmmədbəyovaya Azərbaycanda teatr təhsili sahəsindəki fəaliyyətinə görə beynəlxalq teatr mükafatı təqdim olunub. “Tiyatro” qəzeti bu il bütün kateqoriyalar üzrə mükafatları ancaq qadın sənətçilərə təqdim edib. Məqsəd isə qadınlarla bağlı bütün müsbət və mənfi hadisələrin bir daha ictimaiyyətin diqqətinə çatdırılması, qadın əməyinin dəyərləndirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.