ELM VƏ TƏHSİL


“SABAH” qruplarının tələbələri beynəlxalq festivalda “Otello” tamaşasını təqdim edəcəklər

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qruplarının tələbələri Rusiyada festivalda iştirak edəcəklər.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, tələbələr Rusiya Dövlət Teatr İnstitutunun (QİTİS) keçirdiyi “QİTİS-ustad dərsi” MDB ölkələrinin II beynəlxalq teatr festivalında çıxış edəcəklər. Festivalda Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Moldova, Özbəkistan və digər ölkələrin teatr məktəbləri iştirak edəcək.

ADMİU-nun tələbələri “QİTİS-ustad dərsi” festivalında ölkəmizi U.Şekspirin eyniadlı əsəri əsasında hazırlanmış “Otello” tamaşası ilə təmsil edəcəklər. Mistik ballada janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Tamaşada “SABAH” qruplarının III kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələri Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona, Bianka), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya, Bianka), Elçin Əmirov (Rodriqo) və Tural Kərimov (Hersoq) çıxış edirlər. ADMİU-nun “SABAH” mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri, dosent Fikrət Məlikovdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.