ELM VƏ TƏHSİL


“SABAH” qruplarının tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

Bakı, 17 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan “SABAH” qruplarının tələbələri ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində iştirak ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Elnarə Yusibova və Sonaxanım Qaybaliyeva ölkəmizi təmsil ediblər.

Bu müsabiqə ilk dəfə 1960-cı ildə Harvard Universitetinin iki komandası arasında keçirilib. Müsabiqənin məqsədi hüquq tələbələrinin vəkillik, hüquqi yazı, hüquqi araşdırma qabiliyyəti və hüquqi nitq kimi mühüm bilik və bacarıqlarının inkişaf etdirilməsidir.

Beynəlxalq Hüquq Tələbələri Assosiasiyasının təşkilati dəstəyi ilə (ILSA) keçirilən müsabiqədə bu il 100-ə qədər ölkə 3000-ə yaxın tələbə tərəfindən təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.