ELM VƏ TƏHSİL


“SABAH” qruplarının tələbələrinə Hüseyn Cavidin yaradıcılığı haqqında məlumat verilib

Bakı, 8 aprel, AZƏRTAC 

Azərbaycan Dillər Universitetinin (ADU) “SABAH” qruplarının tələbələri üçün AMEA Hüseyn Cavidin ev-muzeyində interaktiv dərs keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, elmlə təhsilin inteqrasiyası çərçivəsində keçirilən dərsdə tələbələrə dahi dramaturq, filosof-şair Hüseyn Cavidin həyat yolu, ailə üzvlərinin taleyi və əbədiyaşar zəngin yaradıcılığı haqqında geniş məlumat verilib. Həmçinin görkəmli sənətkarın həyatı və muzeyin zəngin eksponatları barədə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Dərs zamanı tələbələr ədibin şeirlərindən parçalar söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.