ELM VƏ TƏHSİL
“SABAH” teatrı beynəlxalq festivalda
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qrupları Türkiyədə 33-cü Dənizli Beynəlxalq Həvəskar Teatr Festivalında iştirak edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, dünyanın bir çox ölkələrindən və Türkiyənin müxtəlif şəhərlərindən teatr kollektivlərinin qatıldığı bu festivalda ADMİU-nun “SABAH” qruplarının müəllimləri, III kurs “Aktyor sənəti” ixtisasının tələbələri və “SABAH” məzunları “Hərə bir qəhrəman” və “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” tamaşalarını göstəriblər.
Festivalın sonunda iştirakçılara sertifikat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:17]
Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər
- 23.04.2024 [11:57]
ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib
- 23.04.2024 [11:21]