DÜNYA
SABİQ FTX ƏMƏKDAŞININ MEYİTİ YARILMIŞDIR
Üç patoloqanatom bu əməliyyatı xüsusi qoruyucu kostyum geyərək aparmışdır. Həkimlər əmindirlər ki, Litvinenkonun bədənində xeyli miqdarda polonium-210 radioaktiv maddəsi var.
Mərhumun toxumalarının nümunələri radioloji və toksikoloji tədqiqata göndəriləcəkdir.
Litvinenkonun ölümü haqqında iş üzrə noyabrın 30-da dayandırılan istintaq onun ölümünün səbəbi barədə dəqiq məlumat alındıqdan sonra davam etdiriləcəkdir.
Gözlənildiyinə görə, tədqiqatların ilk nəticələri gələn həftə məlum olacaqdır.
Litvinenkonun arvadı da tibbi müayinədən keçmişdir. Çünki o da polonium-210 radioaktiv maddəsinin təsirinə məruz qalmışdır. Britaniya Səhiyyə Agentliyinin məlumatına görə, 44 yaşlı Marina Litvinenkonun şüalanma dərəcəsi onun sağlamlığı üçün təhlükə törətmir.
Həkimlər FTX-nin sabiq əməkdaşı ilə görüşmüş italiyalı professor Mario Skaramellada radioaktiv zəhərlənmə əlamətləri aşkar etməmişlər. Bu, London Universitet Kolleci xəstəxanasının Skaramellanın səhhətinin vəziyyəti barədə rəsmi bəyanatında bildirilmişdir.