DÜNYA


SADAXLI QƏSƏBƏSİ YAXINLIĞINDAKI KƏNDARASI YOLLAR PARTLADILDI

AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Gürcüstanın yeni iqtidarı korrupsiyaya və qaçaqmalçılığa qarşı ciddi mübarizəyə başlamışdır. Bu günlərdə Gürcüstan gömrükçülərinin qaçaqmalçılıqla mübarizədə radikal üsullara əl ataraq, ölkənin Ermənistanla sərhədi yaxınlığında, Debeda çayının dayaz yerindən keçməyə imkan verən kəndarası yolları partlatması buna əyani sübutdur.

Gürcüstan Maliyyə Nazirliyinin Gömrük Departamentinin məlumatında bildirilir ki, sərhəd çayında suyun səviyyəsi aşağı olduğundan Ermənistandan gələn avtomaşınlar gömrük nəzarətindən yayınaraq, çayın dayaz yerindən asanlıqla keçir və Marneuli rayonunun Sadaxlı qəsəbəsindəki yarmarkaya mallar gətirirdi.

Beləliklə, bu yarmarkaya gedən bütün gizli yollar partladılmışdır və indi bir yol qalır ki, o da gömrük məntəqəsindən keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.