DÜNYA


SƏDDAM HÜSEYNİN VƏSİYYƏTİ TAPILMIŞDIR

AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, İraqdakı ABŞ hərbçiləri ölkənin sabiq Prezidenti Səddam Hüseynin vəsiyyətini tapmışlar. Bunu İraq İnsan Hüquqları Nazirliyinin rəhbərliyi açıqlamışdır.

Sənəd Səddam Hüseyn həbs edildikdən sonra onun Tikrit şəhəri yaxınlığındakı doğma Uca kəndində axtarışlar aparılarkən aşkara çıxarılmışdır. Vəsiyyətdə onun vəfatından sonra dövlətdə yüksək vəzifələrin kimlər arasında bölüşdürülməsi arzusu yazılmışdır.

Səddam Hüseyndən sonra prezident İzzət İbrahim əd-Duri olmalı idi. O, İraqın əvvəlki rəhbərliyində ikinci adam olmuşdur. İnqilabi Komandanlıq Şurasında – Bəəs partiyasının hakimiyyəti dövründə ali hakimiyyət orqanında Səddam Hüseynin müavini idi. Hüseynin oğulları – Üdey və Küsey prezidentin müavinləri təyin olunmuşdular. Küsey həm də hökumətə başçılıq etməli idi.

Vəsiyyətin maliyyə məsələləri ilə bağlı hissəsinə gəldikdə, şəriətə uyğun olaraq, bütün miras ailənin üzvləri arasında bölüşdürülməli idi. Sənəddə konkret adlar göstərilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.