SİYASƏT


SƏDDAM HÜSEYNİ İFLİC OLMAQ TƏHLÜKƏSİ GÖZLƏYİR

Səddam Hüseynin keçmiş həkimi iddia edir ki, eks-prezidenti iflic olmaq təhlükəsi gözləyir. RİA-Novosti agentliyindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, Səddam Hüseynin şəxsi həkimi olmuş professor İbrahim Əl-Bəsri Küveytdə çıxan “Əl-Qabas” qəzetinə verdiyi müsahibəsində onun keçmiş pasiyentinin onurğa sümüyündəki ağrılardan əziyyət çəkməsinin iflicə gətirib çıxara biləcəyini bildirmişdir. İndi Səddam Hüseyn həkim nəzarətindən məhrum olmuşdur və yalnız əvvəllər ona məsləhət görülmüş dərmanları qəbul edir.

Vaxtilə Səddam Hüseynin şəxsi 5 həkimi olmuşdur, onların da dördü diktatorun əmri ilə edam edilmişdir. Həkimlərdən biri ona görə cəzalandırılmışdır ki, o, prezident ailəsi üzvlərindən birinin dəri-zöhrəvi xəstəliyinə tutulduğunu ağzından qaçırtmışdır.

İbrahim Bəsrinin özü 1995-ci ildə ölkə parlamentinin üzvü olmaqdan imtina etdiyinə görə həbs olunmuşdur. Lakin bu ilin martında hərbi əməliyyatlar başlandıqdan sonra həbsxana xidmətçilərindən biri onu azad etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.