DÜNYA
SƏDDAM HÜSEYN TUTULMUŞDUR AMMA BU HƏLƏ TERRORİZMİN SONU DEYİLDİR
AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqtondan xəbər verir ki, dekabrın 14-də ABŞ Prezidenti Corc Buş televiziya ilə müraciətində Səddam Hüseynin Amerika hərbi qüvvələri tərəfindən İraqın Tikrit şəhərinin yaxınlığında tutulduğunu təsdiqləyib. Prezident Buş bəyan edib ki, İraqın keçmiş diktatoru ədalət məhkəməsi qarşısında cavab verəcək. Səddam Hüseynin tutulması bu ölkədə diktatorluğun və zorakılıq rejiminin sonu deməkdir.
ABŞ prezidenti iraqlılara müraciətində əmin edib ki, İraqın tarixində zülmət və ağrılı era bitib. Onlar bundan sonra Səddam Hüseyn hakimiyyətindən qorxmaya bilərlər. Buş vurğulayıb ki, koalisiya qüvvələrinin məqsədi iraqlıların məqsədləri ilə üst-üstə düşür. Bu məqsəd “dövlətinizə suverenlik, böyük mədəniyyətinizə qiymət və hər bir İraq vətəndaşına daha yaxşı həyat imkanı verməkdir”.
Bununla yanaşı, prezident Buş amerikalılara xatırladıb ki, Səddam Hüseynin tutulması dünyada zorakılığın sonu demək deyildir. Bəşəriyyətə bilavasitə təhlükə törədən terrorçularla mübarizə davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]