Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“ŞƏFƏQ SARAYI” DÖVLƏT İQAMƏTGAHI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN S Ə R Ə N C A M I

1979-1983-cü illərdə Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Abşeron yarımadasınının mənzərəli guşələrindən birində dövlət məqsədləri üçün istifadəsi nəzərdə tutulan iqamətgah tikilmişdir. Həmin iqamətgah öz memarlıq xüsusiyyətlərinə görə bu guşəyə xüsusi gözəllik gətirir. Bu iqamətgahın statusunun müəyyən edilməsi məqsədi ilə qərara alıram:1.Zuqulba qəsəbəsi, Rasim İmanov küçəsi, 3 ünvanında yerləşən iqamətgaha dövlət iqamətgahı statusu və “Şəfəq sarayı” adı verilsin.2.Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 1 iyul 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin