SİYASƏT


SƏFİRLİK QAQAUZİYA İLƏ MÜNASİBƏTLƏRİ İNKİŞAF ETDİRİR

Azərbaycanın Moldovadakı səfirliyi bu ölkənin Qaqauziya bölgəsi ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir.

Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Komrat Dövlət Universiteti nəzdində Azərbaycan tədris otağının yaradılması bu istiqamətdə atılan növbəti addım olmuşdur. Səfirlik otağa kompyuter dəsti, Azərbaycanın dövlət rəmzlərini, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin portretlərini, müxtəlif ədəbiyyat hədiyyə etmişdir. Yeri gəlmişkən, səfir, filologiya elmləri doktoru, professor İsfəndiyar Vahabzadə Qaqauziya başqanı Mixail Formuzalın və universitet rektorunun təklifi ilə həftədə bir dəfə bu təhsil ocağında Azərbaycanın müasir tarixi, mədəniyyəti, ədəbiyyatı, son 20 il ərzində ölkədə baş verən hadisələr, Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilərimiz, 1 milyondan artıq qaçqın və məcburi köçkünün vəziyyəti haqqında mühazirələr oxumağa razılıq vermişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.