Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“SAFMAR qrupu” Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan xalqı bir əsrdən çox bundan əvvəl öz vətəndaşlarına əsas hüquq və azadlıqları təmin edən demokratik dövlət kimi inkişaf yolu seçib.

Müasir müstəqil Azərbaycanın sakinləri öz əcdadlarının ideallarından və dəyərlərindən ruhlanaraq 1918-ci il hadisələrini ölkənin dövlət quruculuğu üçün fundamental hadisələr hesab edirlər. Azərbaycanın bugünkü fasiləsiz iqtisadi və sosial inkişafı, dünya geosiyasi arenasında onun rolunun artması bu təmələ əsaslanır. Azərbaycanlılara xas olan vətənpərvərlik, milli qürur və əməksevərlik respublikanın hərtərəfli tərəqqisini təmin edir, onun sənaye, texnoloji, mədəni və insan potensialını tam həcmdə reallaşdırmağa kömək edir.

Hörmətli İlham Heydər oğlu, Sizə doğma ölkənizin və onun vətəndaşlarının rifahı naminə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Hörmətlə,

 

Mixail Qutseriyev

“SAFMAR qrupu” Səhmdar Cəmiyyətinin prezidenti,

Direktorlar Şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin