İQTİSADİYYAT
ŞAGİRDLƏR VERGİLƏRƏ DAİR İLKİN BİLİKLƏRƏYİYƏLƏNİRLƏR
Nazir Fazil Məmmədov AZƏRTAC-ın müxbirinə demişdir ki, bu barədə əlaqədar orqanlara təkliflər verilmiş, ümumtəhsil məktəblərinin III-VIII sinifləri üçün müvafiq dərs vəsaiti hazırlanmışdır. Eyni zamanda, vergi orqanları əməkdaşlarının bilik səviyyəsinin yüksəldilməsi, ali iqtisadi təhsil ocaqlarında vergilər üzrə mütəxəssislərin, habelə dərsliklərin hazırlanması unudulmur. İki ildən artıqdır ki, nazirliyin Tədris Mərkəzi yaradılmışdır. Vergi orqanlarının əməkdaşları bu kurslarda ixtisaslarını yüksəldirlər. Dövlət İqtisad Universitetində isə “Vergi və vergiqoyma”, “Vergi işinin təşkili və idarə edilməsi” ixtisasları üzrə mütəxəssislər hazırlanır. Ötən il bu ixtisaslar üzrə ilk buraxılış olmuşdur. Test üsulu ilə keçirilmiş müsabiqədə daha yüksək bal toplamış 10 məzun nazirliyin ehtiyat kadrlar uçotuna götürülmüşdür.