MƏDƏNİYYƏT
ŞAHBUZDA BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Şahbuzda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Nurəddin Quliyev çıxış edərək qadınlara göstərilən yüksək dövlət qayığısından danışmış, onları təbrik etmişdir.
“Sevil” Qadınlar Məclisi Şahbuz rayon təşkilatının sədri Həqiqət Nabatəliyeva çıxış edərək, son illər gənc qadın kadrların yüksək vəzifələrə irəli çəkilməsindən söhbət açmışdır.
Rayondakı “Oğuz səsi” qəzetinin redaktoru Mətanət Elmixanqızı, qəsəbdəki 1 nömrəli orta məktəbin tarix müəllimi İltifat Mədətova, Ayrınc kənd orta məktəbinin tədris işləri üzrə direktor müavini Sahibə Seyidova, rayon mərkəzi kitabxanasının işçisi Məlahət Qafarova, həkim Sədaqət Tarverdiyeva ölkəmizdə qadınlara göstərilən yüksək dövlət qayğısına görə dərin minnətdarlıqlarını bildirmişlər.
Axırda şahbuzlu qadınların bir qrupuna qiymətli hədiyyələr təqdim edilmişdir.