REGİONLAR
ŞAHBUZ RAYONUNDA KARTOF ƏKİNİ SAHƏLƏRİ GENİŞLƏNDİRİLMİŞDİR
Şahbuz, 14 iyun (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 410 hektarda kartof əkini aparılmışdır.
Rayonda kartofçuluğun inkişafı bu sahəyə diqqət və qayğının artırılması ilə bağlıdır. Naxçıvan MR Ali Məclisi sədrinin sərəncamla təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”na əsasən rayonda 162 nəfər torpaq sahibinə kartof əkini üçün 153 min 500 manat güzəştli kredit verilmişdir və 40 tondan çox kartof toxumu gətirilmişdir.
Hazırda kartof əkini sahələrində becərmə tədbirləri aparılır.
Qeyd edək ki, ötən il Şahbuzda 400 hektarda kartof əkilmiş, 5880 ton məhsul əldə edilmişdir. Rayonun Türkeş, Ayrınc, Sələsüz, Qarababa kəndləri kartof əkini üçün daha əlverişli torpaq şəraitinə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]