İQTİSADİYYAT


“ŞAHDƏNİZ” NEFT STRATEGİYASININ DAHA BİR UĞURLU BƏHRƏSİDİR

“Şahdəniz” Azərbaycan Prezidenti Heydər Əliyevin çox böyük uzaqgörənliklə müəyyən etdiyi neft strategiyasının daha bir uğurlu bəhrəsidir. Bu sözləri respublikanın yanacaq və energetika naziri Məcid Kərimov layihə tərəfdaşlarının “Şahdəniz” qaz-kondensat yatağının 1-ci mərhələsinin işlənməsi haqqında qərarı ilə əlaqədar demişdir.

Nazir həmin qərarı, həm də Azərbaycanın qaz ixracına dair perspektiv planlarını həyata keçirmək üçün qoyulan bünövrə kimi qiymətləndirmişdir. O demişdir:“Bu layihənin miqyası onu göstərir ki, Azərbaycan artıq regionda əsas ixracatçıya çevrilməkdədir və onun mövqeyi gündən-günə möhkəmlənir. Yatağın işlənməsi Azərbaycandan Türkiyəyə daha bir ixrac marşrutunun açılmasına geniş imkan yaratmışdır”. Nazir vurğulamışdır ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri regiondakı üç ölkəni-Azərbaycan, Gürcüstan və Türkiyəni bir-birinə daha çox bağlayacaq, Azərbaycan isə neft sahəsində olduğu kimi, dünya bazarına həm də nəhəng qaz hasilatçısı kimi çıxacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.