İQTİSADİYYAT
SAHİBKARLIĞIN İNKİŞAFINA MALİYYƏ DƏSTƏYİ GÜCLƏNDİRİLİB
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətində AZƏRTAC-ın müxbirinin bu sualına cavab verərək demişlər ki, sahibkarlığın inkişafı üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 47 milyard manatı seçilmiş müvəkkil banklar vasitəsilə artıq respublikanın 46 şəhər və rayonu üzrə 260 sahibkarlıq subyektinin sərmayə layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir.
Qeyd olunmuşdur ki, regionlarda sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsinə diqqət ötən on bir ayda daha da artırılmışdır. Belə ki, ilin əvvəlindən bəri maliyyələşdirilmiş layihələrin 80 faizdən çoxu ölkəmizin bölgələrindəki şəhər və rayonların payına düşür. Özü də maliyyələşdirilən layihələrin böyük əksəriyyətini istehsal və emal yönümlü layihələr təşkil etmişdir. Hesablamalara görə, verilmiş kreditlərin təyinatı üzrə istifadəsi 5 mindən çox yeni iş yerlərinin yaradılmasına imkan yaradacaqdır.