İQTİSADİYYAT


SAHİBKARLIĞIN İNKİŞAFINI SÜRƏTLƏNDİRMƏK MƏQSƏDİLƏ

İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafını sürətləndirmək, kreditləşdirmə şəbəkəsini genişləndirmək, girov mexanizmini sadələşdirmək məqsədilə yeni təkliflər hazırlayır.

Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə nazirliyin və digər icraçı orqanlarının nümayəndələrindən ibarət işçi qrupları yaradılmışdır. Proqramın həyata keçirilməsi mexanizmini müəyyənləşdirən bir sıra hüquqi sənədlər hazırlanmış və dövlət qeydiyyatına alınmışdır. Kiçik və orta sahibkarların sərmayə təklifləri üzrə yaradılmış məlumat bankına 200-dək məlumat daxil edilmişdir.

İnhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və azad rəqabət şəraitinin yaradılması, sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bunun üçün ilk növbədə antiinhisar qanunvericiliyinin təkmilləşdirmləsi istiqamətində işlər görülür. Azərbaycan Respublikasının “Antiinhisar Məcəlləsi”nin hazırlanması başa çatmaq üzrədir. Bütün bunlar ölkəmizin iqtisadiyyatının əsasını təşkil edən kiçik və orta sahibkarlığın inkişafına öz müsbət təsirini göstərəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.